Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Gorus vilayətinin mərkəzində keçmiş qondarma rejimin “bayrağı” qaldırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni jurnalist Natali Aleksanyan paylaşım edib.
Jurnalist “bayrağın” meydandan dərhal endirilməli olduğunu bildirib:
“Azərbaycan Prezidenti İlham Əliyevin ayaqları altına atılan “artsax bayrağı”nı indi Gorus meydanında qaldırıblar. Sonra da deyirlər ki, azərbaycanlılar niyə Qərbi Azərbaycana doğru irəliləmək istəyirlər? Məqsədiniz nədir?! Gorusu da Bakıya təhvil vermək istəyirsiniz? Bu, bir tələdir. Gorus meri Aruş Aruşyana səslənirəm, onu meydandan çıxarmaq üçün 24 saat saatınız var! İstəyirsinizsə, yerinə Ermənistan bayrağı asın, amma onu götürün. Məsələnin necə ciddi olduğunun fərqində deyilsiniz”.
Ayşən Mustafa
Globalinfo.az