1a714554da 1703618406 prezident ilham eliyev mdb dovlet bascilarinin qeyri resmi naharinda istirak edib

Rusiya Fövqəladə Hallar Naziri Aleksandr Kurenkovun Bakıya səfəri nəticəsiz başa çatıb.

Globalinfo.az-ın verdiyi xəbərə görə, Rusiya Təhlükəsizlik orqanlarına yaxınlığı ilə tanınan “VChK-OGPU” teleqram kanalı bu barədə məlumat yayıb. Bildirilib ki, səfər uğursuz alınıb və Kurenkov “əliboş” geri dönüb.

Məlumata görə, Bakı tərəfi dekabr ayında AZAL təyyarəsinin vurulması faktının rəsmi şəkildə Rusiya tərəfindən tanınmasında israr edib. Lakin Kreml bu tələbi qətiyyətlə rədd edib.

Bundan əlavə, Bakı məhkəməsi rusiyalı jurnalistlərin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətləri təmin etməyib.

Kurenkovun formal olaraq fövqəladə hallar üzrə dar tərkibli forumda iştirak etdiyi bildirilir, lakin onun Prezident İlham Əliyevlə planlaşdırılan qeyri-rəsmi görüşü də baş tutmayıb.

Tahir Turan

Globalinfo.az

Paylaş: