Əliyev 4 il öncə Ərdoğana verdiyi sözü tutdu – VİDEO

Eliyev Erdogan 121

Xəbər verdiyimiz kimi, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.

Globalinfo.az xəbər verir ki, görüşdə bir neçə ölkənin lideri ilə yanaşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Ərdoğanın Azərbaycan Prezidenti ilə birlikdə Xankəndidən yayımlanan görüntüləri 2021-ci ildə Şuşada liderlər arasında baş tutan dialoqu təkrar gündəmə gətirib.

İlham Əliyev o zaman Şuşada bir istiqaməti göstərərək Ərdoğana deyib:

– İki qayanın arasındakı yer ki, var. Orası Xankəndi şəhəridir.

Ərdoğan: Hotel oradamı?

İlham Əliyev ürəkdən gülərək: Hayır, hayır. Amma orada da olacaq…

Daha sonra 2024-cü ildə Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı baş tutub. Mərasimdə dövlət başçısı iştirak edib. Bu, Azərbaycan Prezidentinin Türkiyə lideri ilə söhbətində verdiyi vədi yerinə yetirməsi başlığı ilə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sözügedən görüntüləri təqdim edirik: