Elcibey Ebulfez 111


Xəbər verdiyimiz kimi, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynli (“Qara Tofiq”) avqustun 1-də uzun sürən xəstəlikdən vəfat edib. O, xərçəngdən əziyyət çəkirdi.

T.Hüseynli milli azadlıq hərəkatında fəal iştirak edib. Əbülfəz Elçibəylə tanışlığı da hərəkat dövrünə təsadüf edib. 1992-ci ilin may ayında AXC hakimiyyətə gələndən sonra o, əvvəlcə Şəmkirin icra başçısı təyin edilib, 1993-cü ilin 30 mart tarixində isə kənd təsərrüfatı naziri postuna gətirilib.

Xatırladaq ki, Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992–1993) nazir, komitə sədri, icra başçısı, polis rəisi və sair mühüm dövlət vəzifələri tutmuş xeyli şəxs hazırda həyatda yoxdur.

Globalinfo.az onlardan bir neçəsini təqdim edir:

Tofiq Qasımov – Xarici İşlər naziri. (2020-ci ildə İsveçrədə vəfat edib)

İsgəndər Həmidov – Daxili İşlər naziri. (2020-ci ildə vəfat edib)

Kamil Vəli Nərimanoğlu – baş nazirin müavini (2023-cü ilin 16 dekabr tarixində dünyasını dəyişib)

Hikmət Hacızadə – Azərbaycanın Rusiyadakı səfiri. (2020-ci ildə vəfat edib)

İxtiyar Şirin – Baş prokuror. (2021-ci ildə vəfat edib)

Vurğun Əyyub – Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri. (2019-cu ildə vəfat edib)

Məmməd İsmayıl – Dövlət Teleradio Verilişləri Şirkətinin sədri. (2025-ci ildə vəfat edib)

Abdulla Allahverdiyev – Daxili İşlər naziri (13 aprel 2023-cü ildə Türkiyədə vəfat edib)

Dadaş Rzayev – Müdafiə naziri (27 may 2024-cü ildə Bakı şəhərində vəfat edib)

Nəcəf Nəcəfov – Prezidentin mətbuat katibi (17 dekabr 1999-cu ildə Bakıda dünyasını dəyişib)

Səməd Pənahov – Tovuz Rayon İcra Hakimiyyəti başçısı (2007-ci ilin yanvarında Bakıda dünyasını dəyişib)

İsaxan Aşurov – Qazax Rayon Polis İdarəsinin rəisi (2012-ci ilin iyun ayında ABŞ-da vəfat edib)

Həsən Kərimov – Səbail Rayon İcra Hakimiyyətinin başçısı (20 noyabr 2015-ci ildə Bakıda vəfat edib)

Elçibəy komandasının yaşayan üzvləri: 

İsa Qəmbər – Milli Məclis sədri

Pənah Hüseyn – baş nazir

Əli Məsimli – baş nazirin müavini

Rəsul Quliyev – baş nazirin müavini

Əli Kərimli – dövlət katibi

Fazil Mustafa – Prezident Administrasiyasının hüquq şöbəsinin müdiri

Fəxrəddin Təhməzov – Milli təhlükəsizlik naziri

Sülhəddin Əkbər – milli təhlükəsizlik nazirinin 1-ci müavini

Saleh Məmmədov – Maliyyə naziri

Elman Rüstəmov – Milli Bankın sədri

Rauf Qarayev – Xarici iqtisadi əlaqələr naziri

Firudin Cəlilov – təhsil naziri

Rəhim Qazıyev – müdafiə naziri

Şəmsəddin Rəhimov – mineral ehtiyatlar naziri

Arif Hacılı – dövlət müşaviri

Tahir Kərimli – Ali Məhkəmənin sədri

Qabil Məmmədov – daxili işlər nazirinin müavini

Fəhmin Hacıyev – Daxili Qoşunların komandanı

Xatırladaq ki, sabiq prezident Əbülfəz Elçibəy 2000-ci ilin avqust ayının 22-də Ankarada vəfat edib.

A.Alyarlı
Globalinfo.az

Paylaş: