Əfsanəvi futbolçu vəfat etdi – FOTO

Türkiyə millisinin və “Fənərbaxça” klubunun əfsanəvi futbolçusu Ziya Şengül vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə İdman Yazarları Dərnəyi məlumat yayıb.

Onun 79 yaşında dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, “Ziya Kaptan” 1964-1975-ci illərdə “Fənərbaxça”da oynayıb və 5 liqa, 2 Türkiyə kuboku qazanıb.