Əbdülfəttah Əs-Sisi Azərbaycana başsağlığı verdi

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycanın İrandakı səfirliyinə hücumla əlaqədar başsağlığı verib.

Globalinfo.az bildirir ki, Misir dövlət başçısı bu barədə yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin geniş tərkibdə görüşdə bildirib.

“Dünən Azərbaycan səfirliyinə baş vermiş hücumla əlaqədar başsağlığımı çatdırmaq istəyirəm”, – o qeyd edib.