Dünya böyük müharibənin eşiyindən Vatsapla döndü: Hakan Fidan…

2019 08 14T182045Z 664030032 RC14044E1270 RTRMADP 3 PAKISTAN INDEPENDENCEDAY

Hindistan və Pakistan arasında atəşkəsin necə əldə edilməsinin təfərrüatı məlum olub.

Oxu.az “GeoTV” telekanalına istinadla xəbər verir ki, Pakistanın xarici işlər naziri İshaq Dar atəşkəs razılaşmasının əldə edilməsində “Vatsap diplomatiyası”na diqqət çəkib.

Onun sözlərinə görə, bu çərçivədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi, Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman və Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ətraflı danışıqlar aparılıb:

“Bu ölkələr də işin içində olublar. Bu gün arxa planda aparılan “WhatsApp” diplomatiyası” davam edib”, – deyə pakistanlı nazir bildirib.