DİN Şamaxı-İsmayıllı yolundakı vəziyyətlə bağlı AÇIQLAMA YAYDI – FOTO

Azərbaycanda havaların qeyri-sabit keçməsi və regionlara qarın yağması yollarda bəzi çətinliklər yaradıb. Xüsusən Şamaxı-İsmayıllı-Muğanlı yolunda 200-dən çox avtomobil yolda qalıb. 

Globalinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev Şamaxı-İsmayıllı avtomobil yolunda hərəkətin təşkil olunduğunu, yollara xüsusi avtomobillərlə qum və duz səpildiyini açıqlayıb.

DİN rəsmisi həmin yolda hərəkətin dayandırılmadığını, lazımı tədbirlərin görüldüyünü bildirib.

Bir 2 nəfər, avtomobil, qartəmizləyən və yol şəkili ola bilər

Bir 2 nəfər, qartəmizləyən, xizək yamacı və yol şəkili ola bilər

Əliyar Xəlil,

Globalinfo.az