
Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Yahya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilməsi məqsədilə DİN-in Baş DYP İdarəsinin, Bakı Şəhər BPİ-nin, DYP İdarəsinin, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin və AYNA-nın əməkdaşları tərəfindən qeyd edilən kəsişmədə monitorinq-təhlillər aparılıb.
Globalinfo.az xəbər verir ki, bununla yanaşı ərazidə yaşayan sakinlərlə profilaktik söhbətlər aparılıb, mövcud yol infrastrukturu ilə əlaqədar izahlar verilib, onların təklif və iradları dinlənilib.
Həyata keçirilən monitorinq-təhlillərin nəticəsinə uyğun olaraq ərazidə müvafiq tədbirlər görüləcək.