DİN bu xəbəri təkzib etdi

Daxili İşlər Nazirliyi (DİN) Tovuzda qəbiristanlıqda silahlı insidentin baş verməsi ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirib. 

Globalinfo.az bildirir ki, bununla bağlı Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov açıqlama verib.

Onun sözlərinə görə, Tovuz rayonunda qəbiristanlıqda silahlı insident olması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:

“İlk növbədə qeyd edim ki, yazıda adı qeyd edilən Rəhimli kəndi Tovuz rayonunda deyil, Goranboy rayonunda yerləşir. Sözügedən hadisə də 2023-cü ilin aprel ayında Goranboy rayonunda baş verib və hadisəni törətməkdə şübhəli şəxs Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib”.