Azərbaycanda dəhşətli qəza: ölənlər var – VİDEO

Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, hadisə Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

Belə ki, toy karvanına daxil olan VAZ-2107 markalı avtomobil “Mersedes” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində “VAZ”da olan sərnişinlərdən – 1999-cu il təvəllüdlü Uğur Məhəmməd oğlu Nağıyev, onun bacısı, Əziz Məhəmməd qızı Nağıyeva və onun həyat yoldaşı, Yasin Ənvər oğlu Nağıyev vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən şəxslər toya gedirlərmiş.