Daşkəsəndə 21 yaşlı gənc qətlə yetirildi

eb2a6fab a340 3dcd 842a 87d9a14e2eac 850

Daşkəsəndə qətl hadisəsi törədilib.

Globalinfo.az report-a istinadən xxəbər verir ki, hadisə Xoşbulaq kəndində qeydə alınıb.

Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü İlkin Məmmədov mübahisə zəminində bıçaqlanıb.

Ağır xəsarət alan İ.Məmmədov əvvəlcə Daşkəsən Mərkəzi Rayon Xəstəxanasına, sonra isə Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə çatdırılıb. Həkimlərin səyilərinə yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəbi və qətli törədən şəxsin kimliyi hələ məlum deyil.