“TRIPP (Zəngəzur dəhlizi-red.) mülki layihədir, heç bir hərbi elementi ehtiva etmir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Simonyan bu layihənin məqsədinin iki xalq arasında uzun illər mövcud olmuş nifrətin və münaqişə ehtimalının azaldılması olduğunu bildirib:
“Bütün sərhədlər açılacaq. Bir-birimizlə ticarət həyata keçirəcəyik. Belə bir hal daha əvvəl Qarabağda yaşanıb, xalqlarımız arasında alış-veriş olub. Gələcəkdə də iqtisadi əlaqəni davam etdirəcəyik və sülh içində yaşayacağıq”.
Əliyar Xəlil
Globalinfo.az