“Almaniya Ukraynaya daha ağır hərbi texnikalar vermək niyyətində deyil”.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Bild” qəzeti yayıb.
“Almaniya Müdafiə Nazirliyində hesab edirlər ki, Ukrayna yaxın zamanlarda əks-hücumla öz ərazilərini azad edə bilməyəcək”, – qəzetin məlumatında yer alıb.
Bildirilib ki, Zelenskinin Berlinə son səfəri zamanı Ukraynalı lideri Almaniyadan iki şeyə – “Taurus” raketləri ilə Rusiyaya zərbəyə və NATO-ya üzvlüyü tezləşdirməyə izin istəyib.
Almaniya kansleri Olaf Şolts isə Zelenskinin tələblərinə konkret cavab verməyib. Qəzetə danışan ekspertlər bu baxımdan Zelenskinin Avropa və Almaniyaya səfərlərini uğursuz adlandırıblar.
Əliyar Xəlil
Globalinfo.az