Daha bir əsir mübadiləsi – Ukrayna daha 36 nəfəri Rusiyadan geri aldı

Noyabrın 23-də Ukrayna və Rusiya arasında daha bir əsir mübadiləsi baş verib, 36 ukraynalı vətəninə qayıdıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

“Biz 35 hərbçini və bir mülki vətəndaşımızı azad edə bildik. Azad edilənlər arasında “Azovstal”da olan Mariupolu müdafiə edən döyüşçülər də var”, – Andrey Yermak qeyd edib.