Ukraynanın Çinə olan 30,8 milyard yuanlıq dövlət borcu ölkəni iflas həddinə çatdırır və Çin səhmdarları itkilərə görə kompensasiya tələb edirlər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sohu” məlumat yayıb.
Nəşrin məlumatına görə, Çin şirkətləri respublikanın dövlət borcuna bərabər olan 4,5 milyard dollar zərərə məruz qalıblar. 2020-ci ildə Çin şirkətləri Ukraynaya qarşı Beynəlxalq Arbitraj Məhkəməsində iddia qaldırıblar.
“Lakin Ukrayna müharibə bəhanəsindən istifadə edərək borcun ödənilməsini gecikdirməyə davam edir və arbitraj qərarı icra olunmayıb”,- Nəşr bildirir.
“Sohu” iddia edir ki, Pekin ABŞ-ın nadir torpaq metalları ilə bağlı etdiyi kimi respublikaya təzyiq göstərmək əvəzinə, Kiyevə mövcud müqavilələri ödəmək imkanı verməyə çalışır.
Tahir Turan
Globalinfo.az