Çin və ABŞ arasında “qırmızı xətt” – Szinpin Baydenə səsləndi

Tayvan məsələsi Çin və ABŞ arasındakı münasibətlərdə keçilməyən “qırmızı xətt”dir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı Çin lideri Si Cinpin deyib.

“Biz Tayvanın müstəqilliyini müdafiə edən qüvvələrin separatçı fəaliyyətinə və dəstəyinə göz yummayacağıq.
Ümid edirik ki, Birləşmiş Ştatlar prezident Co Bayden Tayvanın müstəqilliyinə dəstək verməmək barədə qərar qəbul edəcək”, – deyə Si Cinpin vurğulayıb.

Qeyd edək ki, Tayvan ətrafında vəziyyət ABŞ Nümayəndələr Palatasının o vaxtkı spikeri Nensi Pelosinin 2022-ci il avqustunda adaya səfərindən sonra xeyli pisləşib. Adanı özünün əyalətlərindən biri hesab edən Çin, ABŞ-ın bu addımını və Pelosinin səfərini pisləyib. Cavab olaraq isə genişmiqyaslı hərbi təlimlər keçirib.

Əliyar Xəlil
Globalinfo.az