Ceyhun Bayramov türk liderlə görüşdü

Daşkənddə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, tərəflər avtomobil, toxuculuq və ipək sənayesində layihələrin həyata keçirilməsi, eləcə də iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Qeyd edək ki, C.Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında iştirak edir.