mirzoyan ceyhun

22 sentyabr 2025-ci il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, nazirlər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar. Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər”, – deyə bildirilib.

Paylaş: