Ceyhun Bayramov jurnalistləri təbrik etdi – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuat işçilərini təbrik edib.

Globalinfo.az bildiri ki, bu barədə o öz tviter hesabında paylaşım edib.

“22 iyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür. Bu əlamətdar gün münasibətilə daim əzmkarlıqla çalışan vətənpərvər jurnalistlərimizi səmimi-qəlbdən təbrik edir, onlara şərəfli və olduqca vacib işlərində daim uğurlar arzulayıram”.