Ceyhun Bayramov İsrail və Fələstinə getdi – YENİLƏNDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfər edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan xarici işlər nazirini gətirən təyyarə Təl-Əvivin Ben Qurion hava limanına enib.

XİN başçısını hava limanında İsrail XİN rəsmiləri, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov, İsrailin Azərbaycandakı səfiri Corc Dik qarşılayıb.

Qeyd edək ki, Ceyhun Bayramov İsrailə səfəri çərçivəsində Azərbaycanın İsraildəki səfirliyinin açılışında iştirak edəcək. Azərbaycan XİN başçısı İsraildə yüksək səviyyəli görüşlər keçirəcək.

Azərbaycan XİN başçısının regiona səfəri çərçivəsində martın 30-da fələstinli həmkarı ilə də görüşü planlaşdırılır.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Bu barədə Globalinfo.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

C.Bayramov martın 29-30-da hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşəcək.

Bundan başqa, nazir Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak edəcək.