Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri ilə görüşdü – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri Məhəmməd Ştayte ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “Twitter” hesabında paylaşım edib.

Görüşdə ikitərəfli münasibətlər, müxtəlif platformalarda çoxtərəfli əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında əsaslı müzakirələr aparılıb.