69baedb5efd3969baedb5efd3a177385822969baedb5efd3769baedb5efd38 1

18 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, görüş zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyəti və son inkişaflar ətrafında fikir mübadiləsi aparıblar.

    Nazirlər regional sabitliyin qorunmasının, gərginliyin artmasının qarşısının alınmasının və beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıblar.

    Tərəflər AzərbaycanTürkiyə müttəfiqliyinin regionda sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını qeyd edərək, mövcud çağırışlara qarşı birgə və əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıblar.

    Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

    ***18.03.2026 23:49

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

    Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Nazirlərin regionda baş verən son hadisələri müzakirə etdiyi bildirilir.

    Paylaş: