Çex Xarici İşlər Nazirliyi vətəndaşının Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılması faktını təsdiqləyib.

Globalinfo.az bildirir ki, bununla bağlı Çexiya XİN rəsmisi Mariana Vernerova açıqlama verib.

Vernerovanın sözlərinə görə, buna səbəb kimi onun sərhədi qanunsuz keçmək istəməsi göstərib.

O bildirib ki, həmin şəxs ailəsi ilə danışıb.

***14:14

Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılan Çexiya vətəndaşı barədə bu ölkənin Azərbaycandakı səfirliyi danışmaqdan imtina edib.

Globalinfo.az xəbər verir ki, “Report”un müvafiq sorğusuna cavab olaraq səfirlikdən məsələni şərh etmədiklərini bildiriblər.

Xatırladaq ki, fevralın 3-də Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub və hərbçilər tərəfindən saxlanılıb.

Elə həmin gün müvafiq məlumat Çexiyanın Azərbaycandakı konsulluğuna göndərilib.

Hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmaları davam edir.

Paylaş: