Çerniqov raketlərlə vuruldu: ölənlər var – VİDEO

Rusiya qoşunlarının Ukraynanın Çerniqov şəhərinə raket hücumu zamanı ölənlərin sayı 15-ə çatıb.

Globalinfo.az xəbər verir ki, hadisə zamanı xəsarət alanların sayı 61-ə yüksəlib.

Yaralananlardan üçünün uşaq olduğu qeyd edilib.

Axtarış-xilasetmə işlərinin davam etdirildiyi vurğulanıb.

***12:22

Rusiya ordusu bu gün səhər Ukraynanın Çerniqov şəhərini atəşə tutub.

Globalinfo.az xəbər verir ki, hadisə zamanı 9 nəfər ölüb, 20-dən çox insan da xəsarət alıb.

Məlumata görə, Rusiya qoşunları səhər saatlarında Çerniqovu üç raketlə vurublar.