Cəlilabadda qəza: xəsarət alanlar var

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ-2106” markalı minik avtomobili idarəetmənin itməsi nəticəsində yol kənarındakı maneəyə çırpılıb. Nəticədə 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar Cəlilabad rayon sakinləridir.

Bunlar:

1987-ci il təvəllüdlü Zaur Əliyev,

1953-cü il təvəllüdlü Məmməd Məmmədov və

1957-ci il təvəllüdlü Töhvə Məmmədovadır.

Xəsarət alanların hər üçü Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.