Cəlilabad və Biləsuvara dolu yağdı: elektirik kəsildi… – YENİLƏNDİ

Biləsuvarda da dolu bir sıra fəsadlar törədib.

Globalinfo.az xəbər verir ki, doludan sonra rayonda güclü leysan başlayıb. Rayon mərkəzində və bir neçə kənddə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

***

Cəlilabada güclü dolu yağıb, meyvə ağaclarına ziyan dəyib.

Globalinfo.az Azərtac-a istinadən xəbər verir ki, dolu əsasən rayonun bir neçə kəndinə düşüb.

Təqribən bu gün axşam saat 19:05 radələrindən etibarən yağmağa başlayan dolu 7 dəqiqəyə yaxın güclü yağışla davam edib.

Bundan əlavə, güclü külək Cəlilabad rayonunu işıqsız da qoyub.
Yağan leysan və güclü külək rayon mərkəzində və bir neçə kənddə işıqların sönməsinə səbəb olub. Həmçinin təbiət hadisəsi şəhər mərkəzində ağacların budaqların sındırıb.