xestexana 2

Lənkəranda çay fabriklərindən birində istehsalat qəzası nəticəsində xəsarət alan işçinin vəziyyəti orta ağırdır.

Globalinfo.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, xəsaərt alan şəxs dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsi və qarın boşluğunun küt travması, sol qaşüstü nayihənin və sol qulaq seyvanının əzilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

***13:09

Lənkəranda çay fabriklərindən birində işçi istehsalat qəzası nəticəsində xəsarət alıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonunun Sütəmurdov kəndində qeydə alınıb.

Belə ki, Lənkəranın Aşağı Nüvədi kənd sakini, 1969-cu il təvəllüdlü Bəxtiyar Baldadaş oğlu Məmmədov liftdən yıxılaraq xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin ehtimala görə, B.Məmmədov müəssisənin liftinin qırılması nəticəsində xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: