Cavid Qurbanovun özəl günü

 

Bu gün Rəqəmsəl inkişaf və nəqliyyat nazirinin müavini, üç cağırış Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayonundan millət vəkili seçilmiş Cavid Qurbanovun doğum günü, yubileyidir. Onun 65 yaşı tamam olur.

C.Qurbanov 19 sentyabr 1958-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. Memarlıq və İnşaat Universitetini bitirib. Uzun illər ölkənin nəqliyyat sistemində rəhbər vəzifələrdə çalışıb. 2007-ci ilin fevral ayından 2015-ci ilin 9 fevral tarixinə kimi “Azəryolservis” ASC-nin sədri vəzifəsini tutub.

9 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunub. O, 24 may 2022-ci il tarixində ölkə Prezidentinin Sərəncamı ilə vəzifəsindən azad edilib. Prezidentin digər Sərəncamı ilə Rəqəmsəl inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib. 2018-ci ilin 18 sentybarında 60 yaşının tamam olması münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

Cavid Qurbanov tanınmış nəslin nümayəndəsidir. O, Aşıq Qurban Ağdabanlının nəticəsi, Aşıq Şəmşirin nəvəsi, Qənbər Şəmşiroğlunun oğludur.

Globalinfo.az