Çadda prezident sarayına hücum: 19 nəfər öldü – VİDEO

cd

“Boko Haram” terror qruplaşmasının üzvləri Çadın paytaxtında prezident sarayına hücum ediblər.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Al Arabia” məlumat yayıb.

Məlumata görə, Çad silahlı qüvvələri hücumu dəf edib, lakin atışma nəticəsində 18-i terrorçu olmaqla, azı 19 nəfər ölüb.

Hücum zamanı ölkə prezidenti Mahamat Debi Itno sarayda olub.

Qeyd olunur ki, paytaxtda vəziyyət hökumət qoşunlarının nəzarəti altındadır.