“Biz Kiyev Drujba boru kəməri ilə neft tranzitini bərpa edənə qədər Rusiyaya qarşı Avropa İttifaqının (Aİ) bütün sanksiyalarını bloklayacağıq”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Drujba boru kəməri ilə təchizat bərpa olunana qədər biz Avropa İttifaqının heç bir sanksiya siyasətini dəstəkləməyəcəyik. Nəticə etibarilə, həmçinin Aİ-yə təqdim edilən 20-ci sanksiya paketini rədd edəcəyik “, – hökumət başçısı bildirib.
Orban qeyd edib ki, neft tədarükü bərpa olunan kimi Macarıstan rəhbərliyi “əvvəlki vəziyyətə” qayıdacaq.
Xatırladaq ki, fevralın 20-də Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiya paketi ilə bağlı razılığa gələ bilmədiyi ortaya çıxıb. Bu paketlərin Rusiya-Ukrayna müharibəsinin ildönümü, fevralın 24-də qəbul edilməsi planlaşdırılırdı.
Əliyar Xəlil
Globalinfo.az