nmmnn

İranın Buşehr vilayətində yerləşən atom elektrik stansiyasının yaxınlığındakı ərazilər ABŞ-ın hücumuna məruz qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə vilayət qubernatorunun müavini Ehsan Cahaniyan məlumat verib.

O bildirib ki, zərbələr nəticəsində Buşehr vilayətində bir neçə obyekt, o cümlədən AES-in ətrafındakı sahələr vurulub.

Xatırladaq ki, daha əvvəl ABŞ qüvvələrinin İranı RusiyaÇin istiqaməti ilə birləşdirən Ak-Təki-Xan dəmir yolu körpüsünə də qanadlı raketlərlə hücum etdiyi bildirilmişdi.


***13:53

İranın Buşehr vilayətində partlayış səsləri eşidilib.

Globalinfo.az bildirir ki, bu barədə “Mehr” məlumat yayıb.

    Təfərrüatların daha sonra açıqlanacağı qeyd olunub.

    Safura Bənnayeva
    Globalinfo.az

    Paylaş: