Bunu izləmək üçün 2,6 milyon dollara bilet aldı

Sabah PSJ və “Əl Hilal” və “Əl Nəsr” ulduzlarının görüşünü izləmək üçün bir azarkeş 2,6 milyon dollara bilet alıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının daşınmaz əmlak maqnatı Müşref əl-Qəmdi bu biletə hərracda sahib olub.

Bileti satan adam isə həmin məbləği “Ehsan” adlı xeyriyyə cəmiyyətinə bağışlayacağını bildirib.

Alınan bilet matçı VIP zonadan izləmək, mükafatlandırma mərasimində iştirak etmək, komandaların paltardəyişmə otaqlarına getmək və oyunçularla söhbət etmək hüququ verir.

Qeyd edək ki, matç sabah saat 21:00-da başlayacaq. Kriştianu Ronaldo və Messinin üz-üzə gələcəyi görüşə maraq həddən artıq böyükdür.