Biz sizi çox yaxşı başa düşürük – Hikmət Hacıyev

Azərbaycan kolonializmə qarşı mübarizə aparan xalqların azadlıq mübarizəsini dəstəkləyəcək.

Globalinfo.az xəbər verir ki, bunu paytaxtda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Beynəlxalq platformalarda sizin tələbələrinizi çatdıracağıq. Bizim ölkəmiz də uzun illər müstəqillikdən məhrum olub, müstəqillik mübarizəsi aparmışıq. Biz həmçinin, işğaldan da əziyyət çəkmişik. Ona görə də, sizin problemlərinizi, çətinliklərinizi başa düşürük”, – o əlavə edib.