Bu sindromla mübarizə İsrailə 53 milyard dollara başa gələcək – KİV

“Sakinlər arasında post-travmatik sindromla mübarizə İsrailə 53 milyard dollara başa gələcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

İsrail iqtisadiyyatının ölkə sakinləri arasında travma sonrası stress pozğunluğunun (TSSB ) nəticələrindən itkiləri qarşıdakı beş ildə təxminən 197 milyard şekel (53,2 milyard dollar) təşkil edəcək.

Tədqiqat innovativ müalicə üsullarını inkişaf etdirən sosial təşkilatlar “SFI Group” və “MAPS Israel” tərəfindən aparılıb. Onların hesablamalarına görə, hər bir xəstənin həyatı boyu TSSB müalicəsinin dəyəri təxminən 1,86 milyon şekel (485 min dollar) olacaq. Bu məbləğ diaqnozun nə dərəcədə təsdiqlənməsindən və şəxsin müxtəlif imtiyazlar almaq hüququnun tanınmasından asılı olaraq arta bilər.

Qeyd edək ki, “Əfqan” və “Vyetnam sindromu” kimi də tanınan travma sonrası stress pozğunluğu döyüş də daxil olmaqla son dərəcə çətin həyat hadisələrindən sonra baş verən xüsusi psixi pozğunluqlar kompleksidir. Onun daşıyıcıları keçmişdə yaşadıqlarına uzaqdan bənzəyən və ya onlarda oxşar xatirələri oyadan vəziyyətlərə düşsələr, həddindən artıq aqressiv  və ya panik olurlar.

Müşviq Tofiqoğlu
Globalinfo.az