Bu quruma sədr müavini təyin edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin (DRİ) rəisi Heydər Rüstəmov vəzifəsindən azad olunaraq nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sədr müavini təyin edilib.

Bu barədə Globalinfo.az-a nazirlikdən bildirilib.

Məlumata görə, onun əvvəlki vəzifəsinin icrası isə müvəqqəti olaraq müavini İlham Əhədova həvalə edilib.