Bu ölkəyə vizanı sərhəddə alacağıq – Yenilik

Azərbaycan Respublikasının vətəndaşlarının İraq Respublikasına səyahət edərkən giriş vizalarını artıq bu ölkənin sərhəd-keçid məntəqələrində əldə edə biləcəkləri ilə bağlı İraqın daxili işlər naziri müvafiq əmr imzalayıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov paylaşım edib.

“Bununla əlaqədar başda İraq Respublikasının Baş naziri olmaqla, bu ölkənin Daxili İşlər və Xarici İşlər Nazirliklərinə təşəkkürümüzü bildiririk”, – paylaşımda deyilir.