
Rumıniya Prezidenti Klaus İohannis fevralın 12-də istefa verəcəyini bəyan edib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, K.İohannisin prezident səlahiyyətləri seçkilərin ləğvi fonunda dekabrın 21-də başa çatıb. Rumıniyanın müxalifət partiyaları bu gün parlamentdə onun impiçmenti məsələsini qeydiyyata almağı planlaşdırırdılar.
Ölkədə prezident seçkiləri mayın 4-nə təyin edilib.
Daha əvvəl K.İohannis istefa verməyəcəyini bəyan etmişdi.