Bu ölkədə siqaretə qadağa qoyuldu

Portuqaliya hökuməti 2040-cı ilə qədər siqaret çəkməyənlərin sağlam yeni nəsillərinin yetişdirilməsi məqsədi ilə siqaret və tütün məmulatlarının istehlakını və satışını məhdudlaşdıran qanun qəbul edib.

Globalinfo.az tribunainfo.az-a istinadən xəbər verir ki, Portuqaliya hökuməti siqaret çəkməyən sağlam yeni nəsillərin yetişdirilməsi məqsədi ilə 2007-ci ildə qəbul edilən tütün əleyhinə qanunda yeni tənzimləmələr edərək, siqaret çəkən yerləri məhdudlaşdırmaq və tütün satış məntəqələrini azaltmaq üçün hərəkətə keçib.

Portuqaliya hökumətinin “2040-cı ilə qədər siqaretsiz nəsil” sözləri ilə təqdim etdiyi tütünlə mübarizə qanununa edilən yeni düzəlişlər Nazirlər Şurası tərəfindən təsdiqlənərkən, qadağaların addım-addım qüvvəyə minəcəyi bildirildi.

Qanuna edilən dəyişikliklərlə əvvəllər restoranlar və bəzi digər məntəqələrlə məhdudlaşan siqaret və tütün məmulatlarının istifadəsinin genişləndiyi, bu ərazilərdə siqaret və tütün məmulatlarının satışının qarşısı alınıb.

Yeni qanuna əsasən, ölkədəki qapısı, pəncərəsi və üstü örtülü terrası olan bütün restoran, bar və kafelərdə, o cümlədən məktəblərdə, xəstəxanalarda, idman zallarında, dayanacaqlarda və bir çox digər binalarda siqaret və tütün məmulatlarının istifadəsinə icazə verilməyəcək.