Venesiya kinofestivalında Rusiya bayrağının qaldırılması Ukrayna Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyini qəzəbləndirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Strana.ua” teleqram kanalında məlumat verilib.
Ukrayna hakimiyyəti təşkilatçıları Rusiyanın festivaldakı mövcudluğundan və Rusiya bayrağından qurtulmağa çağırıb.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya dövlət başçısından bəhs edən “Kreml sehrbazı” filmini şərh etmişdi. Eyniadlı bədii əsər əsasında çəkilmiş filmin premyerası hazırda Lido adasında keçirilən Venesiya Film Festivalında baş tutub.
Tahir Turan
Globalinfo.az