Ukrayna Kanadadan 290,5 milyon dollar məbləğində əlavə kredit alacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında məlumat verilib.
“Ukraynanın maliyyə naziri Sergey Marçenko Kanada hökuməti ilə 400 milyon Kanada dolları məbləğində əlavə kredit üçün 4-cü sazişi imzalayıb. Kredit 10 il müddətinə verilir, faiz dərəcəsi illik 1,5 faiz təşkil edir. Güzəşt müddəti vəsaitin alındığı tarixdən başlayaraq 4,5 ildir. Kanada Ukraynanın ən böyük dəstəkçilərindən biridir. Bu ölkə 2022-ci ilin fevralından bəri Kiyevə 5 milyard dollardan çox maliyyə yardımı ayırıb”, – deyə Ukrayna Maliyyə Nazirliyinin məlumatında vurğulanıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az