İndi Ermənistan seçim etməlidir – XİN rəhbəri

“İndi Ermənistan regional əməkdaşlıq və qonşulularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir”.

Globalinfo.az bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu məsələdə beynəlxalq ictimaiyyətin də rolu böyük əhəmiyyət kəsb edir: “Ermənistanın revaşist cəhdlərinin hər hansı bir şəkildə dəstəklənməməsi bu bölgənin rifahı üçün sülhün alternativinin olmamasına dair çağırışların edilməsi olduqca vacibdir”.