vens 3 900x600 1

ABŞ-ın vitse-prezidenti J. D. Vens və Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani İranla bağlı danışıqlar prosesini müzakirə etmək üçün görüş keçiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbəyə istinadən məlumat yayıb.

“Vens Ağ Evdə Qətərin baş naziri ilə İranla bağlı danışıqları müzakirə etmək üçün görüşür”, – deyə jurnalist Barak Ravid “X” sosial şəbəkəsində yazıb.

Ravid əlavə edib ki, Qətər müharibənin başa çatdırılması üçün ABŞİran arasında əsas qeyri-rəsmi əlaqə rolunu oynayır.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai isə bildirib ki, Tehran ABŞ-ın sülh yolu ilə nizamlanma təkliflərinə cavabla bağlı hələ yekun qərar verməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: