“Bütün tanınmış və vəzifəli şəxslər özlərinin və övladlarının hərbi xidmət keçməsini xalqa sübut etməlidirlər”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində iştirak etməsi zəruri olan məmurlar və onların övladları bununla bağlı ictimaiyyətə hesabat verməlidirlər.
“Onlar özlərinin və övladlarının müharibə vaxtı harada, nə işlə məşğul olmasını təsdiqləyən sənədləri ictimaiyyətə təqdim etməlidirlər”, – hərbi ekspert bildirib.
Zaira Akifqızı
Globalinfo.az