globe map 1100x733 1

“Moldovalıların mütləq əksəriyyəti Rumıniya ilə birləşməyə qarşıdır”. 

Globalinfo.az xəbər verir ki, bunu “iData”nın həyata keçirdiyi sorğunun nəticələri sübut edir.

Respondentlərin 61,5%-i Rumıniya ilə birləşmənin əleyhinə, 31%-i isə lehinədir.

Bununla yanaşı, respondentlərin yarıdan çoxu (57,1%) Moldovanın -yə qoşulmasının lehinə, 36,2 faizi isə əleyhinə olduğunu bildirib.

Həmçinin 60%-ə yaxını ölkənin NATO-ya daxil olmasının əleyhinə, 30,8%-i isə lehinə olub.

“iData” sorğusu 2025-ci il avqustun 7-dən 16-dək kompüter dəstəkli şəxsi müsahibə metodundan istifadə edilməklə 1071 respondent arasında aparılıb. Maksimum səhv 2,9% təşkil edir və tədqiqata 89 yaşayış məntəqəsinin sakinləri daxil edilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: