prez 111

Bu gün AzərbaycanErmənistan arasında sülh reallıq təşkil edir.

Globalinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində video-çıxışında bildirib.

“Biz cəmi doqquz aydır sülh şəraitində yaşayırıq və sülh şəraitində yaşamağı öyrənirik. Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə ErmənistanAzərbaycan liderləri birgə bəyannamə imzaladılar. Qeyd edildiyi kimi, Prezident Tramp da şahid qismində bu sənədi imzaladı. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar və mən əminəm ki, bizim üçün də, erməni tərəfdaşlarımız üçün də sülh artıq reallaşıb”, – dövlət başçısı bildirib.

Paylaş: