Qarabağı tərk edən ermənilərin sayı – YENİLƏNDİ

Bu saata olan məlumata görə, Qarabağdan Ermənistana köçənlərin sayı 19 minə çatıb. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Tiqran Xaçatryan deyib.

***

26 sentyabr saat 08:00-a olan məlumata görə, Qarabağdan Ermənistana köçənlərin sayı 13 550-yə çatıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Qarabağı tərk edən ermənilərin artıq Ermənistana çatdığı bildirilir. Bu rəqəmin artması gözlənilir. Artıq çox sayda insanın Qarabağdan çıxmaq üçün müraciət etdiyi açıqlanıb.

Qeyd edək ki, rəsmi Bakı Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edərək burada qalmalarının könüllü olduğunu, yaşamaq istəməyənlərin isə Ermənistana təhlükəsiz şəkildə köçmələri üçün lazımi şərait yaradılacağını açıqlamışdı.

Ayşən Mustafa
Globalinfo.az