imtahan

Çində imtahan prosesinə nəzarətin qeyri-adi üsulunu əks etdirən video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “BTV News” məlumat yayıb.

Görüntülərdə imtahan zalında əyləşən tələbələri yuxarıdan izləyən nəzarətçi əks olunub.

Videoda tünd kostyum geyinmiş şəxs imtahan zalının üzərində yerləşən şüşə panellər arasındakı dar keçiddə dayandığı görünür.

Əllərini arxasında çarpazlayan nəzarətçi yüksək mövqedən zalı və imtahan iştirakçılarını müşahidə edir.

Nəzarətçinin bu qeyri-adi mövqedən imtahan prosesini izləməsi sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.

Paylaşımın şərh bölməsində çoxsaylı yumoristik rəylər yer alıb. Bəzi istifadəçilər bunu gözlənilməz nəzarət üsulu kimi qiymətləndirib, digərləri isə görüntülərə zarafatla münasibət bildiriblər.

Qeyd edək ki, videonun sosial şəbəkələrdə yayılması böyük maraq doğursa da, görüntülərin hansı məktəbdə çəkildiyi və bu üsulun geniş tətbiq olunub-olunmadığı barədə dəqiq məlumat yoxdur.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: