Bu, bizim gücümüzü göstərir – İlham Əliyev

Əziz laçınlılar, mən sizi bir daha ürəkdən salamlayıram, Şəhər Günü münasibətilə təbrik etmək istəyirəm.

Globalinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı deyib.

“Əminəm ki, siz öz dədə-baba torpağınızda rahat, xoşbəxt yaşayacaqsınız. Siz buna layiqsiniz. 30 il siz həm fiziki, həm də mənəvi əzab çəkmisiniz. Bu gün isə artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq”, – dövlət başçısı qeyd edib.