Bu addım Ermənistan üçün intihar olacaq – Rusiyalı politoloq

“Erməni tərəfi həvəskar diplomatik taktikası ilə Rusiyanın güvənindən istifadə edir. İrəvana görə, KTMT onun yerinə döyüşməli, maraqlarını müdafiə etməli, diplomatiya aparmalıdır və əgər bu, yoxdursa, o zaman Ermənistan KTMT-dən çıxmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov deyib.

“Biz başa düşürük ki, KTMT Ermənistanın mövcudluğunun yeganə qarantıdır. Ermənistan bunu anlayır və məncə, onlar təşkilatı tərk etməyə hazırlaşmırlar. Ona görə ki, Ermənistanın KTMT-dən çıxması siyasi intihar olacaq, çünki ölkənin təhlükəsizliyinə heç bir zəmanət verilməyəcək”, – o bildirib.

Naumova görə, Ermənistan hətta KTMT-dən çıxsa belə, NATO-nun müttəfiqinə çevrilməyəcək. Politoloq buna əsas səbəbin İrəvanın coğrafi baxımdan Rusiya və Cənubi Qafqazdakı qonşularından asılı olmasını göstərib.

Ekspert İrəvanın bunları nəzərə almadan NATO-ya istiqamətlənməsinin siyasi avantüra olacağını söyləyib.

İlkin Həsənov
Globalinfo.az